Diplomatik korpusun nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

Xarici siyasət
  • 19 yanvar, 2025
  • 09:22
Diplomatik korpusun nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri yanvarın 19-da Şəhidlər xiyabanını ziyarət ediblər.

"Report" xəbər verir ki, onlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüblər.