Dankan Norman: Britaniyanın iki naziri yaxın üç həftə ərzində Azərbaycana səfər edəcək

Xarici siyasət
  • 11 sentyabr, 2026
  • 14:15
Dankan Norman: Britaniyanın iki naziri yaxın üç həftə ərzində Azərbaycana səfər edəcək

Yaxın üç həftə ərzində Böyük Britaniya hökumətinin iki naziri ayrı-ayrılıqda Azərbaycana səfər edəcək.

Bu barədə "Report"un Xankəndiyə ezam olunan əməkdaşına xarici diplomatik korpus nümayəndə heyətinin tərkibində Qarabağ bölgəsinə səfər edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman bildirib.

"Bəli, yüksək səviyyəli səfərlər gözlənilir. Növbəti üç həftə ərzində Britaniyanın iki naziri ayrı-ayrılıqda Azərbaycana səfər edəcək", - diplomat deyib.

Bununla belə, səfir nazirlərin adlarını açıqlamayıb.

"Səfərlərin vaxtı yaxınlaşdıqca daha çox məlumat verəcəyəm", - Norman əlavə edib.