Cim Robinson: Somali ictimai infrastruktura qoyulan 4,6 milyon dollar investisiyanı itirib
- 22 may, 2026
- 11:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Somalinin paytaxtı Moqadişoda məcburi köçürülmələr ictimai infrastruktura yatırılmış milyonlarla dolların itməsinə səbəb olub.
"Report" xəbər verir ki, bu barədə Mənzil tikintisi, torpaqdan istifadə və daşınmaz əmlak sahəsində Qlobal məsuliyyət zonasının (HLP AoR) həmkoordinatoru Cim Robinzon Bakıda WUF13 çərçivəsində bildirib.
Onun sözlərinə görə, yalnız bir il ərzində təxminən 4,6 milyon dollar investisiya itirilmişdir - məktəblərə, tibb müəssisəsinə, su təchizatı və sanitariya obyektlərinə, işıqlandırmaya və digər layihələrə yatırılan vəsaitlər. Bundan təkcə beynəlxalq donorların deyil, həm də ayrı-ayrı yerli icmaların investisiyaları zərər görüb.
Robinson vurğulayıb ki, bu itkilərin qarşısını almaq mümkün idi, əgər vaxtında mülkiyyət hüquqlarının yoxlanmasına və vəziyyətin təhlilinə kiçik vəsaitlər yatırılsaydı.
"Bu, mövcud ziddiyyəti göstərir: bir tərəfdən tez hərəkət etmək istəyi var, lakin digər tərəfdən bu səylərin nəticələrinin itirilməsi üçün real risk mövcuddur", - ekspert qeyd edib.