Azərbaycan və Rusiya XİN başçıları üçtərəfli bəyanatın tam icrasını müzakirə ediblər
Xarici siyasət
- 14 oktyabr, 2021
- 11:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Minsk şəhərində keçirilən MDB Xarici İşlər nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.
Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazirlər Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələlərini, o cümlədən gələn il iki ölkə arasında diplomatik əlaqələrin təsis olunmasının 30-cu ildönümü çərçivəsində keçiriləcək tədbirləri geniş müzakirələr ediblər.
Tərəflər, həmçinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tam icrası və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Son xəbərlər
13:11
Foto
Azərbaycanın stolüstü tennisçiləri Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
Fərdi
13:07
Nazir müavini: "Peşəfest 2026"da 176 minə yaxın iştirakçı peşələrlə yaxından tanış olub
Sosial müdafiə
13:05
Foto
Milli Süni İntellekt Mərkəzinin baş direktoru "Oxford Insights"a Azərbaycanın süni intellekt sahəsində inkişaf prioritetləri barədə danışıb
İKT
13:03
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
Sağlamlıq
13:02
Foto
"McDonald`s Azərbaycan" və DSMF-nin birgə layihəsi çərçivəsində "Zəfərin varisləri" proqramına start verilib
Sosial müdafiə
13:00
Dövlət maliyyəsinin idarə edilməsində yeni mexanizm tətbiq olunacaq
Maliyyə
12:58
Foto
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
Fərdi
12:53
SEPAH: Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın baş verib
Digər ölkələr
12:52
Azərbaycanda gələn il güzəşt və azadolmaların ümumi məbləği açıqlanıb
Maliyyə