Ceyhun Bayramov: İqlim Həftəsinin Bakıda keçirilməsi Azərbaycana olan etimadın göstəricisidir

Xarici siyasət
  • 09 sentyabr, 2026
  • 12:59
Ceyhun Bayramov: İqlim Həftəsinin Bakıda keçirilməsi Azərbaycana olan etimadın göstəricisidir

İqlim Həftəsinin Bakıda keçirilməsi Azərbaycana olan etimadın göstəricisidir.

"Report"un məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, İqlim Həftəsinin Bakıda keçirilməsi Azərbaycana olan etimadın göstəricisidir: "Bu, eyni zamanda, COP29 irsinin davamı kimi qiymətləndirilməlidir".

C.Bayramov 140 ölkədən 2700-dən artıq iştirakçının qatıldığı Bakı İqlim Həftəsi çərçivəsində ən müxtəlif mövzuları əhatə edən 60-dan çox tədbirin keçiriləcəyini vurğulayıb.

Nazir Antalyada keçiriləcək COP31 üçün Azərbaycanla Türkiyə arasında sıx əməkdaşlığın həyata keçirildiyini xatırladaraq rəsmi Bakının bu istiqamətdə Ankaraya dəstəyini davam etdirəcəyini bildirib.