Ceyhun Bayramov Anita Orbanla Azərbaycan-Aİ münasibətlərini müzakirə edib

Xarici siyasət
  • 22 sentyabr, 2026
  • 23:44
Ceyhun Bayramov  Anita Orbanla Azərbaycan-Aİ münasibətlərini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Macarıstanın xarici işlər və xarici ticarət naziri, Baş nazirin müavini Anita Orbanla görüşüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

Tərəflər Azərbaycan-Macarıstan münasibətlərinin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, müntəzəm siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə, həmçinin Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətləri, eləcə də regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparılıb.

44 filmi