Cəfər Hüseynzadə NATO PA-nın yeni baş katibi ilə tərəfdaşlığı müzakirə edib
- 17 oktyabr, 2025
- 17:13
Azərbaycanın NATO yanında daimi nümayəndəsi Cəfər Hüseynzadə NATO Parlament Assambleyasına (PA) yeni təyin olunmuş baş katib Benedetta Berti ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyi "X" hesabında məlumat yayıb.
Qeyd edilib ki, görüş zamanı Azərbaycan və NATO tərəfdaşlığı, Sülh Naminə Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq, NATO Parlament Assambleyasında birgə fəaliyyət, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında səmərəli müzakirələr aparılıb.
I was pleased to meet with the newly appointed Secretary General of the #NATO Parliamentary Assembly, Dr. Benedetta Berti @benedettabertiw. We had a good discussion on #Azerbaijan - @NATO partnership within the #PfP framework, cooperation at #NATOPA platform, as well as other… pic.twitter.com/Zi0cuXJm8M
— Azerbaijan at NATO 🇦🇿 (@AzMissionNATO) October 17, 2025