Cavid Vəliyev: Türkiyə-Ermənistan sərhədinin açılması Ermənistanın gələcəyi üçün çox vacibdir

Xarici siyasət
  • 14 may, 2026
  • 10:25
Cavid Vəliyev: Türkiyə-Ermənistan sərhədinin açılması Ermənistanın gələcəyi üçün çox vacibdir

Türkiyə-Ermənistan sərhədi Ermənistanın gələcəyi baxımından bu ölkədə çox kritik qiymətləndirilir.

"Report" xəbər verir ki, bunu siyasi ekspert Cavid Vəliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən dəyirmi masada deyib.

O bildirib ki, sərhədlərin açılması Ermənistandakı seçkilərə təsir etməyəcək:

"Türkiyə və Ermənistan sərhədində müəyyən işlər, təmir-bərpa aparılır. Türkiyənin mövqeyindən açıq görünür ki, bu proses Azərbaycanla məsləhətləşmələr fonunda həyata keçirilir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qeyd edib".

Ekspert əlavə edib ki, Ermənistan konstitusiyası ilə bağlı referendumun keçirilməsi məsələsində də hələ qeyri-müəyyənlik var:

"Ümumiyyətlə, Ermənistan cəmiyyətində düşüncəni dəyişmək bir xeyli zaman alacaq. Bu da, şübhəsiz, sözügedən istiqamətdə referendumun reallaşmasına mənfi təsir edir".

C.Vəliyev yekunda Azərbaycan və Türkiyənin regiondakı normalaşma prosesinə qatqısının Ermənistan cəmiyyətində də başa düşüləcəyinə inamını ifadə edib.

44 - Tezliklə