Canfrançesko: İdman DİM-lərə nail olmaqda vətəndaşların iştirakını gücləndirə bilər

Xarici siyasət
  • 20 may, 2026
  • 15:11
Canfrançesko: İdman DİM-lərə nail olmaqda vətəndaşların iştirakını gücləndirə bilər

İdman təşəbbüsləri birbaşa və ya dolayı yolla bütün Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasına töhfə verir.

"Report" xəbər verir ki, bu barədə İtaliyanın Bakıdakı səfiri Luka Di Canfrançesko Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) panel müzakirəsi zamanı bildirib.

"İdman, şəhər inkişafı və beynəlxalq əməkdaşlıq arasındakı sinerjini maksimum dərəcədə gücləndirmək lazımdır", - diplomat bildirib.

Səfirin sözlərinə görə, idmandan təkcə sağlam həyat tərzinin populyarlaşdırılması üçün istifadə olunmamalıdır:

"O, həmçinin dayanıqlı inkişaf və ekoloji təhsil üzrə yeni mədəniyyətin formalaşdırılması, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində vətəndaşların iştirakının gücləndirilməsi və onlar haqqında məlumatlılığın artırılması vasitəsinə çevrilməlidir".

44 - Tezliklə