Bu il Qarabağa səfər edən jurnalistlərin sayı açıqlanıb
- 28 dekabr, 2024
- 12:14
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə 54 xarici ölkədən 538 media nümayəndəsi Azərbaycan Respublikasına, o cümlədən işğaldan azad olunmuş ərazilərə səfər edib.
"Report" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib.
Məlumata görə, il ərzində Xarici İşlər Nazirliyi rəhbərliyinin yerli və xarici media orqanlarında müsahibələri yayımlanıb, 11 mətbuat konfransı təşkil olunub, Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində 515 açıqlama, o cümlədən rəsmi sosial media hesablarında 3000-ə yaxın paylaşım dərc olunub:
“Ölkəmizin xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları tərəfindən anım günləri, habelə ölkəmiz üçün əlamətdar hadisələr ilə bağlı tədbirlər, konfranslar, seminarlar və sərgilər təşkil olunub, akkreditə olunduqları ölkələrin yerli mətbuatında 2500-ə qədər məqalə dərc edilib, müsahibələr və verilişlər yayımlanıb".
Qeyd edilib ki, il ərzində 9 ölkədən mətbuat nümayəndələrinin işğaldan azad olunmuş ərazilərimizə, o cümlədən ölkəmizin digər bölgələrinə media turları həyata keçirilib:
"Xarici İşlər Nazirliyi tərəfindən təhlil işi davam etdirilib, aidiyyəti dövlət qurumlarımıza müvafiq məlumatlar təqdim olunub, nüfuzlu elmi-araşdırma mərkəzləri və təhlilçilər ilə təmaslar qurulub və birgə tədbirlər təşkil edilib, İl ərzində qlobal forumlarda (Münhen Təhlükəsizlik Konfransı, Antalya Diplomatik Forumu, Bled Strateji Forumu, Dubrovnik Forumu, MEDays 2024 beynəlxalq forumu, IISS Manama Dialoqu 2024, Doha Forumu) iştirak təmin olunub, beynəlxalq beyin mərkəzləri və araşdırmaçılarla görüşlər (“CEVRO” 12 İnstitutunun Çex Respublikasında keçirilən "Azərbaycanın xarici siyasət prioritetləri" mövzusunda tədbiri, Malta Respublikasında təşkil olunan “Azərbaycan tədqiqatları üzrə III Avropa Konfransı”) keçirilib".