BTQ və Beynəlxalq Zikh Federasiyası əməkdaşlıq haqqında memorandum imzalayıblar
- 03 iyun, 2026
- 13:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı Təşəbbüs Qrupu (BTQ) və Beynəlxalq Zikh Federasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
"Report" xəbər verir ki, sənədi BTQ-in icraçı direktoru Abbas Abbasov və Beynəlxalq Zikh Federasiyasının sədri Moninder Sinqh imzalayıblar.
İmzalanma Bakıda keçirilən "İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində" adlı beynəlxalq konfrans çərçivəsində baş tutub.
Memorandum tərəflər arasında akademik, tarixi və mədəni tədqiqatlar sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə yönəlib.
Sənəd çərçivəsində mədəni və elmi mübadilə, məsləhətləşmələrdə, müzakirələrdə və ya tədqiqat tədbirlərində iştirak etmək üçün tədqiqatçıların, tarixçilərin, mədəniyyət sahəsində mütəxəssislərin, alimlərin və bir sıra ekspertlərin səfərləri nəzərdə tutulur. Həmçinin müxtəlif konfransların, dəyirmi masaların və digər tədbirlərin təşkili planlaşdırılır.
A.Abbasov vurğulayıb ki, bu memorandum BTQ və Beynəlxalq Zikh Federasiyası arasında əməkdaşlığın möhkəmləndirilməsinə müsbət töhfə verəcək.