Brüsseldə Azərbaycanın Aİ ilə əməkdaşlığının prioritetləri barədə sənəd paraflanacaq

Xarici siyasət
  • 11 iyul, 2018
  • 06:55
Brüsseldə Azərbaycanın Aİ ilə əməkdaşlığının prioritetləri barədə sənəd paraflanacaq

Bakı. 11 iyul. REPORT.AZ / Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun sammitində iştirak etmək üçün Brüsselə səfəri çərçivəsində Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığının prioritetləri barədə sənədin paraflanması gözlənilir.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.