Bruklində Azərbaycanın Müstəqillik Günü münasibətilə ağacəkmə aksiyası keçiriləcək

Xarici siyasət
  • 27 may, 2022
  • 13:51
Bruklində Azərbaycanın Müstəqillik Günü münasibətilə ağacəkmə aksiyası keçiriləcək

ABŞ-ın Nyu-York şəhərinin Bruklin inzibati rayonunda 28 May - Müstəqillik Günü münasibətilə ağacəkmə aksiyası keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, ağaclar əyalətin azərbaycanlıların sıx yaşadığı səmtində yerləşən "Lew Fidler" parkında əkiləcək.

Aksiya Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin təşəbbüsü və Azərbaycan Nyu-York Assosiyasiyasının təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin, əyalətin prezidenti Antonio Reynosonun və Azərbaycan icmasının üzvlərinin iştirakı gözlənilir.

Qeyd edək ki, 2014-cü ildə Nyu-Yorkun Bruklin inzibati rayonu ilə Bakının Səbail rayonu arasında dostluq və əməkdaşlıq haqqında protokol imzalanıb və sözügedən rayonlar qardaşlaşıb.

44 filmi