Britaniyanın dövlət naziri Şəhidlər xiyabanını ziyarət edib

Xarici siyasət
  • 22 noyabr, 2023
  • 13:13
Britaniyanın dövlət naziri Şəhidlər xiyabanını ziyarət edib

Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti Şəhidlər xiyabanını ziyarət edib.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, L.Dokerti 20 Yanvar qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

O, Birinci Dünya müharibəsi illərində Bakıda həlak olan Britaniya və Birlik əsgərlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edib, önünə güllər qoyub.