Britaniyalı nazir: Bakı ilə süni intellekt sahəsində əməkdaşlıqda potensial görürük
- 06 oktyabr, 2026
- 15:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniya süni intellekt və data infrastrukturu sahəsində Azərbaycanla əməkdaşlıqda potensial görür.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Sahibkarlıq, İnnovasiya, Elm və Ticarət Nazirliyinin ticarət üzrə dövlət naziri lord Anas Sarvar Azərbaycan və Böyük Britaniya arasında Hökumətlərarası Komissiyanın 8-ci iclasında bildirib.
"Azərbaycan rəqəmsallaşma, süni intellekt və data infrastrukturunun inkişafı üzrə qarşısına iddialı hədəflər qoyub. Bu istəklərin Britaniya təcrübəsi ilə birləşdirilməsi üçün böyük potensial mövcuddur – özü də təkcə biznes səviyyəsində deyil, həm də təhsil müəssisələri səviyyəsində", - dövlət naziri deyib.
Onun sözlərinə görə, Uorvik Universiteti (University of Warwick) rəqəmsal transformasiya üçün zəruri olan tədqiqat və kadr bazasının inkişafına kömək edə bilər, Britaniyanın texnologiya və infrastruktur şirkətləri isə bunu təcrübədə həyata keçirməyə yardım edəcəklər.