Britaniya və İordaniya XİN başçıları Qəzzadakı vəziyyəti müzakirə ediblər
- 20 dekabr, 2023
- 13:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron və İordaniyanın xarici işlər naziri Ayman Safadi Qəzzadakı durumu müzakirə ediblər.
"Report" xəbər verir ki, bunu britaniyalı nazir "X" hesabında yazıb.
D.Kameron vurğulayıb ki, Böyük Britaniya və İordaniya Qəzzadakı fələstinli mülki şəxslərə mümkün qədər çox yardım etmək üçün birlikdə çalışır.
"Ammanda mən xarici işlər naziri Ayman Safadiyə humanitar yardımlara verdiyi dəstəyə görə təşəkkür etdim.
Qəzzaya yardım və yanacaq axınının artırılması üçün təzyiq etməyə davam edəcəyik",- o bildirib.
The UK and Jordan are working together to get as much aid to Palestinian civilians in Gaza as possible.
— David Cameron (@David_Cameron) December 20, 2023
In Amman, I thanked Foreign Minister @AymanHsafadi for his support on humanitarian deliveries.
We’ll continue to press for an increased flow of aid and fuel into Gaza. pic.twitter.com/m04G1d8E7M