BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbərinin səlahiyyət müddəti başa çatıb

Xarici siyasət
  • 09 iyul, 2019
  • 12:37
BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbərinin səlahiyyət müddəti başa çatıb

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Aymone Sesseranın səlahiyyət müddəti başa çatıb.

"Report"un məlumatına görə, o, Azərbaycan rəsmiləri ilə vida görüşləri keçirir. 

E.A.Sessera yaxın vaxtlarda Bakını tərk edəcək. 

Qeyd edək ki, o, 2016-cı ilin əvvəlindən BQXK-nın Azərbaycan nümayəndəliyinə rəhbərlik edirdi.