Böyük Britaniya səfirliyi azərbaycanlı diplomatları peşə bayramı münasibətilə təbrik edib
- 09 iyul, 2026
- 14:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ümumi prioritetlərə uyğun olaraq Bakı və London arasında əlaqələrin daha da möhkəmlənməsinə ümid edir.
"Report" xəbər verir ki, bu barədə Britaniya diplomatik missiyasının Azərbaycanın diplomatik xidmət günü münasibətilə "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
"Azərbaycanın diplomatik xidmətinin bütün əməkdaşlarını peşə bayramınız münasibətilə ürəkdən təbrik edirik! Biz möhkəm tərəfdaşlığımızı yüksək qiymətləndiririk və ümumi prioritetlərimizə uyğun olaraq Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələr daha da möhkəmləndikcə sıx əməkdaşlığımızın gələcək inkişafına ümid edirik", - paylaşımda qeyd olunub.
Warm congratulations to all employees of Azerbaijan’s diplomatic service on your professional holiday 👏🏼
— UK in Azerbaijan (@ukinazerbaijan) July 9, 2026
We greatly value our strong partnership and look forward to building on our close cooperation as we further strengthen UK-Azerbaijan ties across our shared priorities 🇬🇧🤝👏🏼 https://t.co/ixiE71fobc