Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycana səfərə gəlib

Xarici siyasət
  • 24 oktyabr, 2019
  • 18:31
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycana səfərə gəlib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb əsilli Sədri Milorad Dodik Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycan Respublikasına səfərə gəlib.

"Report" xəbər verir ki, Milorad Dodiki Azərbaycanın Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.