BMTİP rəsmisi: "Azərbaycanın üzləşdiyi mina təhlükəsini dünyaya çatdırmalıyıq"

Xarici siyasət
  • 28 noyabr, 2023
  • 07:24
BMTİP rəsmisi: Azərbaycanın üzləşdiyi mina təhlükəsini dünyaya çatdırmalıyıq

"Azərbaycanın üzləşdiyi mina təhlükəsini dünyaya çatdırmalıyıq".

"Report" xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Alessandra Rokkasalvo Bakıda keçirilən "Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı ikinci beynəlxalq texniki konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qadınlar mina qurbanı olduqlarına görə minatəmizləmə sahəsinə də töhfə verə bilərlər: "Ona görə də qadın minatəmizləyənlərin yetişdirilməsin tərəfdarıyıq. Çünki təəssüflər olsun ki, dünyamız minalarla doludur. BMT 40-dan çox ölkəyə bu istiqamətdə yardım göstərir. Müharibələr başa çata bilər, ancaq minalar, partlamamış hərbi sursatlar savaşdan sonra belə insanları təhlükə ilə üz-üzə qoyur. Bu isə bir ölkənin təkbaşına öhdəsindən gələcəyi iş deyil, tərəfdaşlara, dostlara ehtiyacımız var. Bu baxımdan, Azərbaycanın üzləşdiyi mina təhlükəsini dünyaya çatdırmalıyıq".