BMT rəsmisi: Azərbaycanda süni intellektin inkişafına dəstək göstərməyə hazırıq

Xarici siyasət
  • 24 oktyabr, 2025
  • 11:37
BMT rəsmisi: Azərbaycanda süni intellektin inkişafına dəstək göstərməyə hazırıq

BMT Azərbaycanda süni intellektin inklüzivliyə və "yaşıl inkişafa" töhfə verən əsas qüvvəyə çevrilməsi istiqamətində dəstək göstərməyə hazırdır.

"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva oktyabrın 24-də Bakıda keçirilən "SOCGOV 2025: Süni zəka insan və transformasiya üçün" adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, hazırda dünyada süni intellektdən istifadə məsələsi sual doğurmur, sadəcə əsasə məsələ ondan necə yararlanmaqdır:

"Biz, eyni zamanda, ayıq-sayq olmalıyıq. Süni intellekt rəqəmsal uçurumu dərinləşdirməməli və ya ayrı-seçkiliyi gücləndirməməlidir. Süni intellekt sosial xidmətlərdə, təhsilin fərdiləşdirilməsində və əmək bazarında işçiləri uyğun imkanlarla əlaqələndirməkdə güclü bir vasitə ola bilər. Ancaq bu sahədə uğur, böyük ölçüdə rəqəmsal savadlılıqdan, inklüziv siyasətdən və hər bir fərdin öz gələcəyini formalaşdırmaq üçün gücləndirilməsindən asılı olacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti