BMT-nin minaların təmizlənməsi sahəsində Azərbaycana göstərdiyi dəstək açıqlanıb

Xarici siyasət
  • 07 fevral, 2023
  • 09:30
BMT-nin minaların təmizlənməsi sahəsində Azərbaycana göstərdiyi dəstək açıqlanıb

"Son 20 il ərzində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Azərbaycanda 850 000-dən çox mina və digər partlayıcı silahların təmizlənməsində ANAMA-ya dəstək verib və 160 500-dən çox məcburi köçkün uşaq, qadın və kişilərin təhlükəsiz geri qayıtmasına yardım edib".

"Report" xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi səlahiyyətlərini icra edən Nuno Queiros fevralın 7-də Şuşada BMTİP və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə keçirilən konfransda deyib.

"Son iki il ərzində Azərbaycanda minalardan təmizləmə əməliyyatlarımızı genişləndirmək və dəstək vermək üçün Avropa İttifaqının, Böyük Britaniyanın və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin maliyyə dəstəyindən faydalanmışıq. Öz resurslarımızla və digər xidmətlərlə yanaşı, beynəlxalq ekspertlərdən ibarət yüksək səviyyəli heyət Azərbaycana göndərilib, minatəmizləmə standartlarına yenidən baxılıb və milli qanunvericilik yenilənib", - o qeyd edib.