BMT-nin Azərbaycandakı ofisinə yeni rəhbər təyin olunub

Xarici siyasət
  • 23 mart, 2016
  • 12:32
BMT-nin Azərbaycandakı ofisinə yeni rəhbər təyin olunub

Bakı. 23 mart. REPORT.AZ/ BMT-nin Azərbaycandakı ofisinə yeni rəhbər təyin olunub. BMT-nin Bakıdakı ofisindən "Report"a verilən məlumata görə, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi vəzifəsinə əfqanıstanlı diplomat Qulam İsaqzai gətirilib.

Diplomatın Azərbaycana gəlişi aprel ayının əvvəllərinə gözlənilir. O bu vəzifədə hollandiyalı Antonius Bruku əvəz edəcək.