BMT-də Azərbaycanın müstəmləkəsizləşdirmə məsələlərində fəal rolundan danışılıb
- 04 oktyabr, 2025
- 01:46

Azərbaycan dekolonizasiya məsələləri üzrə beynəlxalq müzakirələrdə fəal iştirak edir və töhfə verir.
"Report"un xəbərinə görə, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev BMT Baş Assambleyasının Xüsusi Siyasi və Dekolonizasiya Komitəsində çıxışı zamanı deyib.
Diplomat vurğulayıb ki, Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə müstəmləkəçiliyin kökünün kəsilməsi məsələsini prioritet təşkil etdiyini açıqlayıb və müstəmləkəsizləşdirmənin aktuallığını dəstəkləyən Hərəkatın kollektiv səsinin gücləndirilməsinə xüsusi diqqət yetirib.
"Azərbaycan BMT Nizamnaməsində və Baş Assambleyanın müstəmləkəsizliyə dair müvafiq qətnamələrində təsbit olunmuş prinsiplərin tam şəkildə həyata keçirilməsinin tərəfdarıdır. Azərbaycan 2024-cü ildə və bu ilin əvvəlində Karakas və Dilidə müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamənin həyata keçirilməsi ilə bağlı Vəziyyət üzrə Xüsusi Komitənin təşkil etdiyi regional seminarlarda iştirak edib".