Ticani Məhəmməd-Bande: "BMT qaçqınlarla bağlı məsələlərə böyük əhəmiyyət verir"
- 24 oktyabr, 2019
- 14:28
Yeniliklərdən dərhal xəbərdar olun!
BMT yarandığı gündən etibarən qaçqınların problemlərinin həllinə, onlara zəruri yardım göstərməyə hərtərəfli dəstək verir.
“Report” xəbər verir ki, bu barədə Bakıda səfərdə olan BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande jurnalistlərə bildirib.
“Hər bir insanın hüquqları BMT-nin fəaliyyətinin təməl daşıdır. BMT olaraq biz təkcə sülh və təhlükəsizlik məsələlərinə yox, bütövlükdə inkişaf, iqlim və ətraf mühitlə, habelə qaçqınlar və miqrasiya ilə bağlı məsələlərə böyük əhəmiyyət veririk”, - deyən BMT rəsmisi təşkilatın tərkibində miqrasiya və qaçqınlarla bağlı ayrıca agentliyin fəaliyyət göstərdiyini qeyd edib: “Bu qurum əlverişli vəziyyətin bərqərar olduğu halda, qaçqınların öz doğma torpaqlarına qayıtmasına, orada dinc yaşamaları üçün zəruri şəraitin yaradılmasına xüsusi diqqət yetirir. Bunlar Azərbaycandakı qaçqınlara da şamil olunur”.