BMT Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri diplomatik missiyasını başa vurur

Xarici siyasət
  • 25 iyun, 2018
  • 07:35
BMT Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri diplomatik missiyasını başa vurur
Report

Bakı. 25 iyun. REPORT.AZ/ BMT-nin Qaçqınların Hüquqları üzrə Ali Komissarlığının (QHAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Ancelis Bakıdakı diplomatik missiyasını başa vurur.

"Report" xəbər verir ki, BMT QHAK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsində onu digər italiyalı diplomat Gido d`Ambrosio (Guido d Ambrosio) əvəz edəcək.

Qeyd edək ki, Furio de Ancelis bu vəzifədə 2016-cı ilin yayından etibarən çalışıb.

Azərbaycana təyin olunmazdan əvvəl F.de Ancelis Mərkəzi Asiya və Şərqi Avropada işləyib.