Beynəlxalq ekspert: İtkin düşmüş şəxslərlə bağlı səylərin artırılması zəruridir
- 11 oktyabr, 2025
- 16:06

İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün səylərin artırılması zəruridir.
"Report"un Zəngilana ezam olunan əməkdaşı xəbər verir ki, bunu insan hüquqları üzrə beynəlxalq ekspert Afərin Şahidzadə deyib.
O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olmaqdan məmnunluğunu vurğulayıb:
"Bu mənim Qarabağa artıq 4-cü səfərimdir, regionun simasının günbəgün dəyişdiyini görürəm. Ancaq qeyd olunmalıdır ki, ərazinin minalardan təmizlənməsi çox vaxt aparan prosesdir.
Eyni zamanda, itkin düşmüş şəxslərlə bağlı vəziyyət də bu istiqamətdə səylərin artırılmasını zəruri edir. Təəssüf ki, 3919 nəfər hələ də itkin düşmüş sayılır. Onların ailə üzvləri, doğmaları həmin şəxslərin taleyinə dair məlumat almaq istəyir.
Fikrimcə, Vaşinqton bəyannaməsində tərəflərin itkin düşmüş şəxslərlə bağlı məlumatları bölüşmələri haqda müddəanın yer alması bu məsələdə irəliləyişə nail olmağa imkan verəcək".