Berlian Helmi: İndoneziya Bakı və İrəvan arasında dayanıqlı və uzunmüddətli sülhün tərəfdarıdır

Xarici siyasət
  • 11 sentyabr, 2026
  • 12:41
Berlian Helmi: İndoneziya Bakı və İrəvan arasında dayanıqlı və uzunmüddətli sülhün tərəfdarıdır

İndoneziya Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir və bu istiqamətdə əldə edilən nəticələri alqışlayır.

"Report" Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi diplomatik korpusun Qarabağa səfəri zamanı bildirib.

"Biz Azərbaycanı və sülh yolu ilə nizamlanmanı dəstəkləyir, əldə edilən nəticələri alqışlayırıq. Dayanıqlı və uzunmüddətli sülhün tərəfdarıyıq", - diplomat qeyd edib.

O vurğulayıb ki, iki ölkənin coğrafi cəhətdən bir-birindən uzaq olmasına baxmayaraq, İndoneziya və Azərbaycan arasındakı əməkdaşlıq fəal, strateji və hərtərəfli xarakter daşıyır.

Səfir, həmçinin ikitərəfli əməkdaşlığın perspektivli istiqamətlərini də qeyd edib: "Bərpa olunan energetika, neft-qaz sahəsi, infrastruktur, dağ-mədən sektoru, eləcə də hava və dəniz nəqliyyatı xüsusilə perspektivlidir. Bundan əlavə, rəqəmsal inkişaf, informasiya texnologiyaları və süni intellekt mühüm istiqamətlər olaraq qalır".

44 filmi