Belçikanın Azərbaycandakı səfiri Gəncədə səfərdədir
Xarici siyasət
- 09 iyun, 2022
- 13:18
Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mişel Pitersman Gəncə şəhərində səfərdədir.
"Report"un Qərb bürosunun məlumatına görə, səfər çərçivəsində səfir Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.
Mişel Pitersman vurğulayıb ki, Belçika-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi, gələcək əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək.
Görüşdə texnologiyalar, kənd təsərrüfatı, təhsil, mədəniyyət və başqa sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, səfir səfər çərçivəsində Gəncə şəhərində fəaliyyət göstərən bir sıra ali təhsil ocaqlarını və sənaye müəssisələrini ziyarət edəcək.
Son xəbərlər
20:55
"İnter"in hücumçusu Lautaro Martines zədələnib
Futbol20:54
Türkiyə-Azərbaycan münasibətləri fərqli perspektivdə inkişaf edir – RƏY
Region20:48
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Xarici siyasət20:41
ABŞ Prezidenti: Danışıqlar - iranlıların hələ də sağ olmasının yeganə səbəbidir
Digər ölkələr20:38
Tramp: İran nüvə silahından imtinaya söz verir, lakin açıq bəyanatlarda əksini iddia edir
Digər ölkələr20:34
Gürcüstanda 2026-cı il "Aşıq Hüseyn Saraçlı ili" elan edilib
Digər ölkələr20:28
Tramp: İranla razılaşma baş tutmasa, ABŞ ən yaxşı silahları tətbiq etməyə hazırdır
Digər ölkələr20:24
"Borussiya" Niko Şlotterbeklə müqavilənin müddətini uzadıb
Futbol20:15