Belçika səfiri: Bakı ilə İrəvan arasında sülh regionda və ondan kənarda hər kəsə fayda verəcək

Xarici siyasət
  • 13 noyabr, 2025
  • 20:06
Belçika səfiri: Bakı ilə İrəvan arasında sülh regionda və ondan kənarda hər kəsə fayda verəcək

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə razılaşma və son etimad quruculuğu tədbirləri regionda uzunmüddətli və dayanıqlı sülhün əsasını qoyur.

"Report" xəbər verir ki, bunu Belçikanın Azərbaycandakı səfiri Jülyen de Frepon Kral Günü münasibətilə keçirilən qəbul zamanı bildirib.

"Azərbaycan rəhbərliyini Ermənistanla münasibətlərin qurulması istiqamətində son dövrlərdə atdığı qətiyyətli addımlara görə təbrik etmək istəyirəm. Normallaşma razılaşması, kommunikasiya xətlərinin bərpası üzrə cari layihələr və etimadın möhkəmləndirilməsi üçün görülən tədbirlər dayanıqlı sülhün qurulması üçün möhkəm əsas yaradır", – deyə diplomat qeyd edib.

"Bu, regionda və onun hüdudlarından kənarda olan hər kəs üçün faydalı olacaq, ümid və ilham mənbəyinə çevriləcək," – deyə o əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti