Natalya Petkeviç Qızıl Kəngərli kəndində aqroşəhərciyin tikintisinin baş planı ilə tanış olub
- 29 oktyabr, 2025
- 12:37
Azərbaycan-Belarus hökumətlərarası komissiyasının həmsədrləri Ağdamın Qızıl Kəngərli kəndində olublar.
"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, komissiyanın Azərbaycan tərəfindən həmsədri Baş nazirin müavini Samir Şərifov və Belarus tərəfindən həmsədri Baş nazirin müavini Natalya Petkeviçin rəhbərlik etdikləri nümayəndə heyətlərinə kənddə yaradılacaq aqrar şəhərcik haqqında məlumat verilib.
Məlumat verilib ki, aqrar şəhərcik belaruslu mütəxəssislərin iştirakı ilə yaradılacaq.
Bildirilib ki, layihənin Ağdam rayonunda yaşayış məskənlərinin hərtərəfli inkişafına, kənd ərazilərinin dirçəldilməsinə, bölgənin iqtisadiyyatına önəmli təsiri olacaq.
Qonaqlar eyni zamanda erməni işğalı illərində yaşayış məntəqəsində törədilən dağıntılarla tanış olublar.
Qeyd edək ki, Azərbaycan və Belarus arasında 2024-cü il oktyabrın 3-də imzalanmış sənədlərdə Ağdam rayonunda kənd təsərrüfatı istehsalının inkişafı, rayonun Qızıl Kəngərli kəndində aqroşəhərciyin layihələndirilməsi nəzərdə tutulub.