Belarus prezidentinin Azərbaycana rəsmi səfəri davam edir

Xarici siyasət
  • 29 noyabr, 2016
  • 04:23
Belarus prezidentinin Azərbaycana rəsmi səfəri davam edir

Bakı. 29 noyabr. REPORT.AZ/ Noyabrın 29-da Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri davam edəcək.

"Report" BELTA-ya istinadən xəbər verir ki, bu gün Aleksandr Lukaşenko Şəhidlər və Fəxri xiyabanı ziyarət edəcək.

Səfər proqramına, həmçinin Azərbaycanın baş naziri Artur Rasi-zadə ilə görüş daxildir.