BƏƏ səfiri Naxçıvan Muxtar Respublikasına səfər edib

Xarici siyasət
  • 08 may, 2018
  • 08:17
BƏƏ səfiri Naxçıvan Muxtar Respublikasına səfər edib

Bakı. 8 may. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Məhəmməd Alqubaysi Naxçıvan Muxtar Respublikasına səfər edib.

"Report" xəbər verir ki, səfər zamanı M.Alqubaysi Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbov ilə görüşüb.

Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Səfirin səfər zamanı Naxçıvan MR-in bir sıra sənaye, turizm obyektlərinə baş çəkəcəyi planlaşdırılır.