Bayram Ali Ersoy: Türkiyə imtahan təcrübələrini türk dövlətləri ilə bölüşə bilər

Xarici siyasət
  • 10 aprel, 2026
  • 11:02
Bayram Ali Ersoy: Türkiyə imtahan təcrübələrini türk dövlətləri ilə bölüşə bilər

Türkiyə imtahan təcrübələrini türk dövlətləri ilə bölüşə bilər.

"Report" xəbər verir ki, bunu Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzinin sədri Bayram Ali Ersoy Dövlət İmtahan Mərkəzinin (DİM) yaradılmasının 10 illik yubileyi münasibətilə Bakıda keçirilən "Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya" mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.

O, Azərbaycanla Türkiyənin mərkəzi imtahan sistemi ilə bağlı 90-cı illərdəki təcrübə mübadiləsinə diqqət çəkərək bundan məmnunluğunu ifadə edib: "Bu gün texnoloji sahələr inkişaf etdikcə imtahan sisteminin də bu sahədə irəli aparılmasında qətiyyətliyik. Bundan sonra Türkiyənin sahib olduğu təcrübəni Azərbaycan və digər türk dövlətləri ilə bölüşə bilərik. Bu mənada, ortaq bir proqramın yaradılması, eləcə də imtahan nəticələrinin qarşılıqlı tanınması istiqamətində irəliləyişin əldə edilməsi vacibdir".

B.A.Ersoy, həmçinin bildirib ki, şəffaflıq bu gün hər bir platformada ən vacib məqamlardan biridir: Bu mənada, güvən və şəffaflığa diqqət yetirməli, onu itirməməliyik".