Baş nazir: Xankəndidə ECO sammitinin keçirilməsi Azərbaycanın regional sabitliyə sadiqliyindən xəbər verir

Xarici siyasət
  • 04 iyul, 2025
  • 15:00
Baş nazir: Xankəndidə ECO sammitinin keçirilməsi Azərbaycanın regional sabitliyə sadiqliyindən xəbər verir

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci sammitinin keçirilməsi Azərbaycanın regional sabitlik və təhlükəsizliyə sadiqliyindən xəbər verir.

"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Qazaxıstanın Baş naziri Oljas Bektenov ECO-nun 17-ci sammitində bildirib.

O, ECO sammitinin Xankəndidə yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.

"Sammitin məhz Xankəndidə keçirilməsi Azərbaycanın sülh, sabitlik və əməkdaşlığa olan səylərini simvolizə edir. Bu, regionda dialoqun gücləndirilməsində mühüm addımdır. Qardaş Azərbaycan inkişafın əsas istiqamətləri üzrə liderlər sırasına daxil olmaqla iqtisadi məkanda layiqli yer tutur", - o qeyd edib.

O.Bektenov, həmçinin İran və İsrail arasında vəziyyətin kəskinləşdiyi dövrdə Qazaxıstan vətəndaşlarının təxliyəsinə göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib.