Baş nazir: Kamboca və Azərbaycan ölkələr arasında aviaəlaqənin qurulmasında maraqlıdırlar

Xarici siyasət
  • 12 oktyabr, 2026
  • 11:41
Baş nazir: Kamboca və Azərbaycan ölkələr arasında aviaəlaqənin qurulmasında maraqlıdırlar

Kamboca və Azərbaycan ölkələr arasında aviaəlaqənin qurulmasında maraqlıdırlar.

"Report"un məlumatına görə, bu barədə Kamboca Krallığının baş naziri Hun Manet Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən bildirib.

"Biz iki ölkənin müvafiq qurumları arasında hava əlaqəsi haqqında sazişin bağlanması perspektivlərinin nəzərdən keçirilməsi üçün görüşlərin və məsləhətləşmələrin təşkili imkanını müzakirə etdik ki, bu da nəqliyyat əlaqəliliyini yaxşılaşdırmağa imkan verərdi", - baş nazir bildirib.

O, həmçinin əməkdaşlıq perspektivlərinin öyrənilməsi üçün Azərbaycan biznes nümayəndə heyətinin Kambocaya səfərinə ümid ifadə edib.

"Bu gün Azərbaycanın özəl sektor nümayəndələri ilə görüşmək imkanım olacaq. Biz həmçinin əməkdaşlıq perspektivlərinin öyrənilməsi üçün Azərbaycan biznes nümayəndə heyətini Kambocaya dəvət etməyə ümid edirik. Özəl sektor nümayəndələri arasında qarşılıqlı əlaqə real investisiya imkanlarının müəyyən edilməsi və işgüzar əlaqələrin inkişafı üçün böyük əhəmiyyət daşıyır", - Hun Manet vurğulayıb.

44 filmi