Baş katib: "BMT-yə üzv dövlətlər Təhlükəsizlik Şurasının qərarlarına hörmət etməlidir"

Xarici siyasət
  • 21 iyun, 2018
  • 13:43
Baş katib: BMT-yə üzv dövlətlər Təhlükəsizlik Şurasının qərarlarına hörmət etməlidir

Bakı. 21 iyun. REPORT.AZ/ "BMT-yə üzv dövlətlər Təhlükəsizlik Şurasının qərarlarına hörmət etməlidir".

"Report" xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterriş Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında BMT-nin bir çox qətnamələrinin, o cümlədən Dağlıq Qarabağ üzrə qətnamənin yerinə yetirilmədiyi səbəbilə Təhlükəsizlik Şurasında islahatlar aparılması məsələsini şərh edərkən deyib.

"BMT-nin bütün üzvlərinin BMT-nin qərarlarını yerinə yetirməsi vacibdir", - A.Quterriş bildirib.