Banqladeşin Baş Nazirinin Azərbaycana səfəri başa çatıb

Xarici siyasət
  • 27 oktyabr, 2019
  • 07:30
Banqladeşin Baş Nazirinin Azərbaycana səfəri başa çatıb

Banqladeşin Baş Naziri xanım Şeyx Hasinanın Azərbaycan Respublikasına səfəri oktyabrın 27-də başa çatıb.

"Report" xəbər verir ki, Banqladeşin Baş Naziri xanım Şeyx Hasinanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Təhsil naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər yola saldılar.