Bakıda TDT ölkələrinin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçiriləcək
Xarici siyasət
- 25 noyabr, 2025
- 16:48
Bakı şəhərində dekabrın 5-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.
Tədbirdə təşkilata üzv olan (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan) və müşahidəçi ölkələrin (Şimali Kipr Türk Respublikası, Macarıstan, Türkmənistan) əmək, məşğulluq, sosial müdafiə qurumlarının rəhbər şəxsləri və TDT-nin müvafiq strukturlarının təmsilçilərinin iştirakı nəzərdə tutulub.
TDT-yə üzv və müşahidəçi ölkələr arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcək iclasın yekununda Birgə Bəyənnamə imzalanacaq.
Son xəbərlər
18:48
Məktəblərdə kitabxanaçı və təsərrüfat müdiri vəzifəsinə qəbul üzrə keçid balları açıqlanıb
Elm və təhsil18:46
Azərbaycanda İKZF-in zəmanəti ilə sahibkarlara 680 milyon manata yaxın kredit verilib
Maliyyə18:45
Foto
Kəlbəcər Şəhəri Günü konsert proqramı və atəşfəşanlıqla qeyd olunub - YENİLƏNİB
Mədəniyyət siyasəti18:39
Bekmurodov: TDT-yə üzv ölkələrin QHT-lərinin Platformasının yaradılması olduqca vacib addımdır
Xarici siyasət18:35
Tanınmış futbolçunun evi qarət edilib
Futbol18:32
Foto
Kəlbəcərin mərkəzi meydanında müxtəlif səpkili sərgilər təşkil olunub
Mədəniyyət siyasəti18:27
Tramp Milada qədər FED-in gələcək sədrinin adını açıqlayacaq
Digər ölkələr18:26
Azər Allahverənov: Naxçıvanda Türk dünyası üçün yeni bir tarixi səhifə yazıldı
Xarici siyasət18:19