Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib - YENİLƏNİB
- 03 dekabr, 2025
- 16:30
Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib.
"Report" xəbər verir ki, tədbirin rəsmi hissəsində ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, TDT Baş katibinin müavini Merey Mukajan, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası Katibliyinin rəhbəri Murad Nəcəfbəyli, Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin rəisi general-leytenant Azər Əliyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün Milli kordinatorunun müavini Gülşən Rzayeva iştirak ediblər.
Görüş zamanı, həmçinin işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tarixi Zəfərdən sonra həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumu – WUF13 üzrə hazırlıq prosesi, gündəlik istiqamətlər və regional əməkdaşlıq imkanları barədə qonaqlara geniş təqdimat olunub.
İclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ETSN yanında Geodeziya və Kartoqrafiya Agentliyinin nümayəndələri, digər aidiyyəti qurumların və TDT-yə üzv ölkələrin mütəxəssisləri TDT "Xəritəçilik İşçi Qrupu"nun 30 sentyabr - 1 oktyabr 2024-cü il tarixlərində Ankarada keçirilmiş 1-ci iclasında müəyyən edilən hədəflərin icra vəziyyəti, əməkdaşlığın gücləndirilməsi, yeni hədəflərin müəyyənləşdirilməsi və onların həyata keçirilməsi imkanlarını müzakirə ediblər.
Tədbir panel sessiyalarla davam edib.
Bununla yanaşı, növbəti 3-cü toplantıya Qazaxıstan Respublikasının ev sahibliyi edəcəyi qərara alınıb. Sonda Türk Dövlətləri Təşkilatının Xəritəçəkmə Qurumları Rəhbərlərinin 2-ci Toplantısının Bəyannaməsi imzalanıb.
Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilir.
"Report" xəbər verir ki, tədbirdə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, TDT Baş katibinin müavini Merey Mukajan, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası Katibliyinin rəhbəri Murad Nəcəfbəyli, Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin rəisi general-leytenant Azər Əliyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün Milli kordinatorunun müavini Gülşən Rzayeva iştirak edir.
Toplantının yekunu olaraq bəyannamə qəbul ediləcək.