Bakıda NATO-nun Azərbaycanda Beynəlxalq Məktəbinin yay sessiyası keçiriləcək

Xarici siyasət
  • 25 iyun, 2016
  • 07:52
Bakıda NATO-nun Azərbaycanda Beynəlxalq Məktəbinin yay sessiyası keçiriləcək

Bakı. 25 iyun. REPORT.AZ/ Bakıda NATO-nun Azərbaycanda Beynəlxalq Məktəbinin (NİSA) yay sessiyası keçiriləcək.

NİSA-dan "Report"a verilən məlumata görə, sessiya iyunun 27-də başlayacaq və iyunun 1-dək davam edəcək.

Əsas müzakirə mövzusu iyulun 8-9-da Varşavada keçiriləcək NATO sammiti ilə bağlı məsələlər olacaq.

Sessiyanın işində 17 ölkədən 40 nəfər iştirak edəcək.

44 filmi