Bakıda Estoniyanın nümayəndəliyi açılır

Xarici siyasət
  • 20 noyabr, 2014
  • 12:33
Bakıda Estoniyanın nümayəndəliyi açılır

Bakı. 20 noyabr. REPORT.AZ/ Latviya və Estoniya XİN rəhbərləri estoniyalı diplomatların Latviyanın Azərbaycandakı səfirliyində yerləşdirilməsi haqqında saziş imzalayıb. "Report" xəbər verir ki, razılaşma Latviyanın xarici işlər naziri Edqars Rinkeviçin Estoniyanın yeni xarici işlər naziri Keyt Pentus-Rosimannus ilə noyabr ayının 19-da Riqada görüşü zamanı imzalanıb.

Latviya XİN mətbuat xidmətinin məlumatına əsasən, həmin razılaşma hər iki ölkənin maliyyə resurslarından effektiv şəkildə istifadə etməyə və ikitərəfli əməkdaşlığı möhkəmləndirməyə imkan yaradacaq.

Estoniya və Latviya arasında analoji razılaşma əvvəllər də imzalanıb.

Latviyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, bu il avqustun sonunda bir nəfər estoniyalı diplomat Bakıya gələrək fəaliyyətə başlayıb.