Bakı və Tequsiqalpa ÜTT üzrə ikitərəfli danışıqları yekunlaşdırıb

Xarici siyasət
  • 23 dekabr, 2025
  • 14:56
Bakı və Tequsiqalpa ÜTT üzrə ikitərəfli danışıqları yekunlaşdırıb

Bu gün Azərbaycan və Honduras Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması prosesi çərçivəsində ikitərəfli danışıqlar barədə protokol imzalayıb.

Bu barədə "Report" Azərbaycanın Cenevrədəki BMT ofisi yanında daimi nümayəndəliyinin ofisinə istinadən xəbər verir.

Sənədi Azərbaycanın daimi nümayəndəsi Qalib İsrafilov və Hondurasın ÜTT yanında səfiri Kastilyo Dasio imzalayıb.

Honduras Azərbaycanın ÜTT-yə daxil olmaq üçün danışıqları başa çatdırdığı yeddinci ölkədir. Bundan əvvəl eyni protokol 2007-ci ildə Türkiyə, 2008-ci ildə – Oman və Birləşmiş Ərəb Əmirlikləri, 2010-cu ildə – Gürcüstan, 2012-ci ildə – Qırğızıstan, 2024-cü ildə – Yaponiya ilə imzalanıb.

Azərbaycan ÜTT üzvlüyü üçün 1997-ci ildə müraciət edib.

Son xəbərlər

Bütün Xəbər Lenti