Azərbaycan prezidenti Gənclər və İdman Nazirliyinə 2 milyon manat ayırıb
- 03 sentyabr, 2014
- 04:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev “Bakı şəhərində “Gənclər siyasəti üzrə Birinci Qlobal Forum”un və Kompyuter Oyunları üzrə VI Dünya Çempionatının keçirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Report-un xəbərinə görə, sərəncamla 2014-cü ilin oktyabr-noyabr aylarında Bakı şəhərində “Gənclər siyasəti üzrə Birinci Qlobal Forum”un və Kompyuter Oyunları üzrə VI Dünya Çempionatının keçirilməsini təmin etmək məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 2 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.