Azərbaycanla Albaniya arasında enerji əməkdaşlığı məsələləri müzakirə olunub
Xarici siyasət
- 04 dekabr, 2014
- 16:29
Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 4-5-də İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 21-ci iclası çərçivəsində Albaniyanın xarici işlər naziri Ditmir Buşati ilə görüşüb. XİN-dən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunaraq, ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq məsələləri müzakirə olunub.
Eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı vacib rol qeyd olunaraq, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) lahiyələrinin əhəmiyyəti vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Son xəbərlər
01:40
Arda Güler "Real Madrid"dən ayrıla bilər
Futbol01:11
CHP-nin son toplantısı ilə bağlı istintaq başladılıb
Region00:42
Bəqai: İranla ABŞ arasında mesaj mübadiləsi aparılır
Region00:09
Tbilisidə etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb
Region00:01
"Al Jazeera": İran Kiyevə PUA və raketlə hücum edə bilər
Region23:45
Azərbaycan güləşçilərinin ilk rəqibləri müəyyənləşib
Fərdi23:43
Braziliya Mileyin açıqlamalarından sonra Argentinadakı səfirini geri çağırıb
Digər ölkələr23:24
Hakan Fidanla BMT Baş katibi Suriya və Kipri müzakirə ediblər
Region23:02