Azərbaycanın XİN başçısı: "İordaniya ilə əməkdaşlığın genişləndirilməsini səbirsizliklə gözləyirəm"

Xarici siyasət
  • 23 sentyabr, 2022
  • 02:58
Azərbaycanın XİN başçısı: İordaniya ilə əməkdaşlığın genişləndirilməsini səbirsizliklə gözləyirəm

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın Nyu York şəhərində BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində İordaniya Haşimilər Krallığının Baş Nazirinin müavini və Xarici İşlər Naziri Ayman Əs-Safadi ilə görüşüb.

“Report”un xəbərinə görə, bu barədə Ceyhun Bayramov tviter hesabında yazıb.

“BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində İordaniya Haşimilər Krallığının Baş Nazirinin müavini və Xarici İşlər Naziri Ayman Əs-Safadi ilə görüşdən məmnunluq duyuram. Azərbaycan və İordaniya arasında müxtəlif sektorlarda müstəsna əməkdaşlığın genişləndirilməsini səbirsizliklə gözləyirəm”, - nazir qeyd edib.