Azərbaycan XİN Atatürkün anım günü ilə əlaqədar paylaşım edib
- 10 noyabr, 2023
- 17:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə əlaqədar paylaşım edib.
"Report"un məlumatına görə, nazirliyin "X" səhifəsində edilən paylaşımda deyilir:
“Türk xalqının böyük öndəri, qardaş Türkiyə Cümhuriyyətinin qurucusu, sevincimizi sevinci, kədərimizi kədəri bilən Qazi Mustafa Kamal Atatürkün hər zaman qəlbimizdə yaşayan əziz xatirəsini tarixi şəxsiyyətin anım günündə dərin hörmət və minnətdarlıqla anırıq”.
Bundan başqa, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da özünün sosial media hesabında M.K.Atatürklə bağlı paylaşım edib.
“Bugün qardaş Türkiyənin və dünya tarixinin ən parlaq şəxsiyyətlərindən biri, müstəqil, güclü ideyası ətrafında bütün ölkəni birləşdirməyə müvəffəq olan Qazi Mustafa Kamal Atatürkün anım günüdür. Türkiyə var olduqca, Atatürk də hər zaman var olacaqdır. Yaşasın qardaş Türkiyə”.
Bugün qardaş #Türkiyə|nin və dünya tarixinin ən parlaq şəxsiyyətlərindən biri, müstəqil, güclü ideyası ətrafında bütün ölkəni birləşdirməyə müvəffəq olan Qazi Mustafa Kamal Atatürkün anım günüdür.
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) November 10, 2023
Türkiyə var olduqca, Atatürk də hər zaman var olacaqdır. Yaşasın qardaş !
Türk xalqının böyük öndəri, qardaş #Türkiyə Cümhuriyyətinin qurucusu, sevincimizi sevinci, kədərimizi kədəri bilən Qazi Mustafa Kamal Atatürkün hər zaman qəlbimizdə yaşayan əziz xatirəsini tarixi şəxsiyyətin anım günündə dərin hörmət və minnətdarlıqla anırıq.@MFATurkiye
— MFA Azerbaijan (@AzerbaijanMFA) November 10, 2023