Azərbaycanın xaricdə diplomatik missiyalarının sayı 90-a çatıb

Xarici siyasət
  • 28 dekabr, 2023
  • 11:21
Azərbaycanın xaricdə diplomatik missiyalarının sayı 90-a çatıb

Xaricdə ümumi diplomatik missiyalarımızın sayı 90-a çatıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.

“44 ölkə ilə 161 sənəd imzalanıb. 2023-cü ildə yeni diplomatik missiyaların açılması davam edib. Həmçinin bu il 14 yeni diplomatik missiya rəhbəri təyinatı həyata keçirilib”, - nazir deyib.