Azərbaycanın səfiri Türkiyənin milli müdafiə naziri ilə görüşüb
- 21 sentyabr, 2026
- 17:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın Ankaradakı yeni səfiri Rəşad Aslanovla görüşüb.
"Report" xəbər verir ki, bu barədə azərbaycanlı diplomat "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güləri ziyarət etməkdən və onunla səmərəli fikir mübadiləsi aparmaqdan çox məmnun oldum. Səmimi qəbula və qonaqpərvərliyə görə cənab nazirə dərin minnətdarlığımı bildirirəm", - R.Aslanov yazıb.
Bugün Türkiye Cumhuriyeti Milli Savunma Bakanı Sayın Yaşar Güler'i ziyaret etmekten ve verimli görüş alışverişinde bulunmaktan büyük memnuniyet duydum. Sıcak karşılaması ve nazik misafirperverliği için Sayın Bakan'a derin şükranlarımı sunarım. 🇦🇿🇹🇷#BirMilletİkiDevlet… pic.twitter.com/rWloGsypuc
— Rashad Aslanov (@rashadaslan) September 21, 2026