Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Polşaya səfərə gedib

Xarici siyasət
  • 05 sentyabr, 2016
  • 08:52
Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Polşaya səfərə gedib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Tofiq Rəfiyev Polşada səfərdədir. 

Polşanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, nazir müavini  MSPO Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Polşaya gedib. Sərgi sentyabrın 6-9-da Polşanın Kelts şəhərində keçiriləcək.